Reklam verin!
Yuma Ailə Jurnalı
разговорРазвлечения » Стихи
Последний разговор


Последний разговор

Соловей поет в затишье сада;
Огоньки потухли за прудом;
Ночь тиха.- Ты, может быть, не рада,
Что с тобой остался я вдвоем?

Я б и сам желал с тобой расстаться;
Да мне жаль покинуть ту скамью,
Где мечтам ты любишь предаваться
И внимать ночному соловью.

Не смущайся! Ни о том, что было,
Ни о том, как мог бы я любить,
Ни о том, как это сердце ныло,-
Я с тобой не стану говорить.

Речь моя волнует и тревожит...
Веселее соловью внимать,
Оттого что соловей не может
Заблуждаться и, любя, страдать...

Но и он затих во мраке ночи,
Улетел, счастливец, на покой...
Пожелай и мне спокойной ночи
До приятного свидания с тобой!

Пожелай мне ночи не заметить
И другим очнуться в небесах,
Где б я мог тебя достойно встретить
С соловьиной песнью на устах!

Bookmark and Share
Baxış sayı:15     Sentyabr 27, 2008 21:23 tarixində, ruslanbey tərəfindən, Стихотворения, Sevgi bölməsində yazılib.   Şərhlər(0)
Mən sənə nə etdim sən məni atdın?
De görüm sən məni niyə aldatdın?
Nəyə görə mənim ömrümü qatdın?
Axı mən sevirəm səni ay gözəl.

Nəyə görə mənə əzab verirsən?
Bir qərar ver görək kimi sevirsən?
Mənə nə səbəbdən naz eyləyirsən?
Axı mən sevirəm səni ay gözəl.

Sevirəm, sözünü sən demirdinmi?
Bir yerdə olmağı istəmirdinmi?
Məni sevən gözəl sən deyildinmi?
Axı mən sevirəm səni ay gözəl!!!

Bookmark and Share
Baxış sayı:33     İyun 29, 2008 18:23 tarixində, ruslanbey tərəfindən, Стихотворения, Sevgi bölməsində yazılib.   Şərhlər(0)
Səni görməyəndə darıxır qəlbim
Danışa bilmirəm tutulur dilim
Həmişə yolunu gözlərəm gülüm
Yarsız bu yerlərdə necə yaşayım?

Sənsizlikdə səni hər an anmışam
Birlikdə olanda xoşbəxt olmuşam
Sən getdin yenədə tənha qalmışam
Tənha bu yerlərdə necə yaşayım?

Sevirəm sevgilim sən buna inan
Dilim deyə bilməz bu sözü yalan
Sənsiz həyatım bil qara zindan
Zindan həyatında necə yaşayım?

Sənsizlik həsrəti məni boğubdur
Baxanda hər yana qara buluddur
Buludlu həyatıma qəmlər yağıbdır
Qəm yağışı altında necə yaşayım?

Bookmark and Share
Baxış sayı:28     İyun 29, 2008 18:21 tarixində, ruslanbey tərəfindən, Стихотворения bölməsində yazılib.   Şərhlər(0)

Vətən Şerləri

Vətən

Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada, Vətən.
Sinə altında gərək qəlb kimi hər an döyünə,
Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.
Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.
Ulular uymadı var-dövlətə, yalnız dedilər:
-Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən!
Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini
Döyünər qəlbi kimi hər yeni misrada Vətən.

QÜRBƏT-VƏTƏN


Anamız birdirsə Vətən də birdir
Nə ana, nə Vətən iki olammaz.
Qürbətdə tapdığın xeyir də şərdir
Qəlbin bu xeyirdən isıqlanammaz.
Qürbətin xeyrinə ay aldanan kəs,
Vətənin şərinə kim ortaq olsun?
Vətəni özünə qürbət sanan kəs
Sənin anan ölüb, başın sağ olsun!
Hamı həşirdədir güzəranıyla
Ceyran belindədir bir loxma əppək.
Ana yaralıysa, oğul qanıyla
Onun yaraları yuyulsun gərək.
Yediyim, içdiyim dərddi, qəmdisə
Neyləmək? Bu ocaq, bu yurd mənimdir.
Göz yaşım axan yer qürbətimdisə,
Qanım axan yerlər, öz Vətənimdir.
Harda olursan ol, qəlbin fəhmi var
Səni torpaq çəkər, səni qan çəkər.
Qürbətdə Vətənçin gözü yaşlılar
Vətənin naminə canmdan keçər

BAYRAQ


Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başma tac olan hilal.
Daim ucalasan! Savas günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

VƏTƏN VAR


Hardaysa bu dəmdə
Dəryada batan var.
Vardırsa köməksiz
Fəryada çatan var.
Dünyada alandan
Əvvəlcə satan var.
Atəş öz-özündən
Birdən-birə yanmır.
Bir şey bu cahanda
İzsiz və səbəbsiz
Bihudə yaranmır.
Vardırsa, yaranmış,
Mütləq yaradan var.
Varsansa... özündən
Əvvəlcə atan var.
Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-bir də bitən var.
Şükr eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.

ÇÖRƏK – VƏTƏN


Əynində «cinsi» şalvar,
Belində enli kəmər,
Saçı çiyinlərində
Döşündə emblemlər,
Firmenli bir türk ilə
Mən danışdım ərk ilə:
- Burda çörək tapmısan, bəs səadət, bəs Vətən?
Çörək səadət deyil, unutdunmu bunu sən?
Üç il,
Beş il,
Nə zaman,
Dönəcəksən Vətənə?
- Harda qarnım toxdursa, ora Vətəndir mənə,-
Deyə qəhqəhə çəkdi.
O bu qəhqəsilə üzümə şillə çəkdi.
Bir qarınlıq çörəkçün sən unutdun hər şeyi,
Sən çörəyə bağladın, taleyini, baxtını,
Bəs Vətənin taleyi?
Bəs onu kim düşünsün?
Vətən düşmənlərinin qanını tökmək üçün,
Kimin kini, qəzəbi,
Yanıb gülləyə dönsün?
Burda çörək tapmısan,
bəs səadət,
bəs Vətən?
Çörək səadət deyil; unutdunmu bunu sən?
Səadət - Vətən demək!
O, Vətənə bağlıdır,
Elin qəlbi dağlısa, sənin qəlbin dağlıdır.
Bəs hər zülmə, cəfaya nəcə dayanmış baban?
Ellə gələn yası da toy-bayram sanmış baban.
Elsiz bir səadəti səadət bilməmişlər.
Unutma,
«El içində - öl içində» -
demişlər.
Vətən – namus,
namusu
itə atsan it yeməz.
Yal üçün zingildəyər, namusu zingildəməz.
Sən insansan!
Namusun, el qeyrətin hanı bəs?
Namusu ələf kimi gövşəmə!..
o, yeyilməz!
Bir parçacıq çörəkçün hamı qaçsın Vətəndən
Bəs Vətəndə kim olsun?
Kədərindən qaçdığın,
Sabahkı sevincinə uzaqdan əl açdığın,
O su, hava,
o tarpaq,
Qoy sənə qənim olsun!
Harda qarnım tox isə, ora Vətəndir» - dedin.
Sən Vətəni çörəyə necə qurban elədin?
Burda çörək qazanıb özünü də itirdin.
Bığ dalınca gəlirkən, saqqalı müftə verdin.
Qürbətdə çorəyin var,
ürəyin yoxdur sənin.
Anasız bir uşaqsan,
Qıvrıl yat,
dinmə!
Qəlbin
oyuq-oyuqdur sənin!
Çörəyin var,
Bəs hanı, saçına sığal çəkən,
Vətənin küləkləri?
Səni sərməst eyləyən gülləri, çiçəkləri?
Hanı Vətən havası?
Hanı ana laylası?..
Vətən yanız çörəkmi?
Bəs bunlar?
bunlar hanı?
Bır parçacıq çörəyə satarlarmı ananı?

YAZIQ VƏTƏN


Bir ananın övladıyıq biz hamımız
Bizi biri-birimizdən ayrı saldı
Məqsədimiz, məramımız.
Beynimizdə tağ atınca
Fikirlərin neçə rəngli göy qurşağı
Meydan açdı cəbhələrin solu, saği.
Kölgələndi, üstələndi
Qan birliyi, can birliyi,
din birliyi.
Cilalandı
fikir,
şüur,
yön birliyi.
Hardan çıxdı qarşımıza qara pişik?
Bu gün biri-birimizə
Qatı düşmən kəsilmişik.
Bu gün vahid anamızı
hərə çəkir bir tərəfə.
Kinimizi, eşqimizi
tuşlamırıq bir hədəfə.
Olan olub, torba dolub
Əsl düşmən unudulub.
Amma biri-birimizlə didişirik.
Söküb köhnə palan içi, gor eşirik.
Ömrüm boyu istəmişəm
fikirlərin min rəngini-
Duyğuların çələngini.
Amma bu gün düşünürəm:
Bu fikirlər toqquşması
Vətənimin xeyrinəmi?
Yox! Savaşlar qarşısına
Sipər etmək istəyirəm öz sinəmi!
Bizim biri-birimizə kinimizdən
Bulanıbdır dağlardakı sərçeşmələr.
Anlamıram bu məqamda
Gərəkmidir bir bu qədər çəkişmələr?
Sən də övlad, mən də övlad,
Sən də insan, mən də insan
Doğulmuşuq bir anadan,
Qanda birik, canda birik
Anaraızın xatirinə
Bəs niyə biz bir məxrəcə gələmmirik?
Atam oğlu, niyə qardaş bağındakı
Gülü deyil, kolu gördün?
Öz gözündə tiri deyil,
Qardaşının gözündəki qılı gördün?
İş gücümüz didişməkmi?
Leş üstündə didişərlər... Vətən leşmi?
Bölünməmiş nəyimiz var? O Vətəndir!
O, həm səndir, o həm məndir.
Necə bölək məni, səni?
Necə bölək bu Vətəni?
Yarı mənim, yarı sənin?
O, meyvəli bir ağacdır
Adı mənim, barı sənin?
Razısanmı bu bölgüyə?
Razısansa, gəl, barışaq.
Qarğa kimi leş üstünə gəl, darışaq.
Utanıram bu sözümdən
Əfv et məni,
yazıq Vətən, yazıq Vətən!
Fəryad çəkən bu ananı düşünən yox!
Öz dərdinin atəşinə
Qalananı düşünən yox!
Нəг ikisi "mənəm" - deyir
İqtidara yetişməkdən
Ayrı bir şey düşünməyir-
Coşan qəlblər, qızan başlar.
Hakimiyyət davasıdır bu savaşlar.
Vətənçin gün ağlamayır
Nə o tərəf, nə bu tərəf.
Bu Vətəni
Dədəsindən ona qalan əmlak sayır
Həm tərəf, həm bu tərəf.
Hər biri öz peşəsində
Namus ilə çalışanlar
Bu Vətənin dərdi ilə alışanlar
İkisinin arasında
Qalıb ancaq yana-yana
Müfxalifdir həm o yana, həm bu yana.

Bookmark and Share
Baxış sayı:57     İyun 11, 2008 20:10 tarixində, ruslanbey tərəfindən, Стихотворения bölməsində yazılib.   Şərhlər(0)
Ən böyük cəza.


ƏN BÖYÜK CƏZA
Ruha verilmiş ən böyük cəza,
Bədəndir.
Düşüncəyə verilmiş ən böyük cəza,
Şairlikdir.
Şairə verilmiş ən böyük cəza,
Biganə oxuculardır.
Millətə verilmiş ən böyük cəza,
Onu alverçi etməkdir.
Ağıla verilmiş ən böyük cəza,
Sevgidir.
Sevgiyə verilmiş ən böyük cəza,
Ehtirasdır.
Təbiətə verilmiş ən böyük cəza,
Insandir.
Insana verilmiş ən böyük cəza,
Məhdud yaddaşdır.
Cəmiyyətə verilmiş ən böyük cəza,
Dövlətdir.
Dövlətə verilmiş ən böyük cəza,
Manqurtlaşan gənclikdir.
Günahkara verilmiş ən böyük cəza,
Vicdandır.
Xarakterə verilmiş ən böyük cəza,
Məsuliyyətdir.
Yoxsula verilmiş ən böyük cəza,
Ümiddir.
Varlıya verilmiş ən böyük cəza,
Qorxudur.
Uşağa verilmiş ən böyük qorxu,
Cəzadır.
Cəzaya verilmiş ən böyük cəza,
Onu cəzasız buraxmaqdır

Bookmark and Share
Baxış sayı:45     May 28, 2008 17:33 tarixində, ruslanbey tərəfindən, Стихотворения bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 8    Sonrakı səhifə »