Reklam verin!

Anamın yalnız bir gözü var idi. Ona nifrət edərdim. Çünki onun bu görkəmi məni utandırardı. Ailəmizi keçindirmək üçün məktəbdə süpürgəçi işləyirdi. İlk məktəbə getdiyim gün anam mənə xoş gördük demək üçün yanıma gəlmişdi. Utandığımdan yerin dibinə girdim. Bunu necə edə bilərdi? Ona nifrətlə baxdım və oradan qaçdım. Ertəsi gün sinifdə bir yoldaşım mənə "Eeee sənin ananın ancaq bir gözü var!" dedi. Utandığımdan yerin dibinə girmək istədim. Bundan sonra anamın göz önümdən yox olmasını istədim. Ona görə də, o gün onunla qarşılaşınca dedim ki, "məni gülünc vəziyyətə salmaqdansa ölsən daha yaxşı olmazmı?!!!" Anam bu sözümə qarşılıq vermədi. Dediklərim üzərində bir saniyə belə durub düşünmədim. Çünki çox qızmışdım ona. Onun mənim bu davranışıma qarşı olan duyğuları məni maraqlandırmırdı. Onu evdə belə görmək istəmirdim. Çox çalışdım və nəhayət universitetə qəbul oldum. Sonra evləndim və öz evimi aldım. Uşaqlarım oldu və mən həyatımdan razı idim. Bir gün anam məni ziyarət etmək üçün aldığım evə gəlmişdi. Bir neçə il idi ki, məni görməmiş və nəvələrini tanımamışdı. Qapıya gəlincə uşaqlarım ona güldülər. Ona "evimə gəlib uşaqlarımı necə qorxuda bilərdin? dərhal burdan get deyə ona bağırdım. Buna qarşılıq olaraq anam səssizcə "bağışlayın, düzgün adresə gəlməmişəm" dedi və gözdən yox oldu. Bir gün məzunlar toplantısı üçün universitetdən məktub aldım. Məzunlar toplantısından sonra sırf narahat olduğum üçün öncə anamla qaldığım evə getdim. Qonşularım, anamın öldüyünü söylədilər. Heç üzülməmişdim. Mənə verilsin deyə anamın yazdığı bir məktubu mənə verdilər. Anam belə yazmışdı:
"Ən sevimli oğlum, hər zaman səni düşünürəm. Sizə gəlib uşaqlarını qorxutduğum üçün üzgünəm. Məzunlar gününə gələcəksən deyə çox sevinmişdim. Amma səni görmək üçün yataqdan qalxa biləcəyimi bilmirəm. Səni böyüdərkən sənə uzun sürən utancaqlıq mənbəyi olduğum üçün üzgünəm. Bilirsən... Sən hələ uşaq ikən qəza keçirmişdin və gözünü itirmişdin. Ana olaraq sənin tək bir gözlə böyümənə dözə bilməzdim. Buna görə də sənə öz gözümü verdim... O gözlə mənim yerimə gördüyün üçün səninlə o qədər qürur duyurdum ki. Bütün sevgimlə... ANAN..."

Bookmark and Share
Baxış sayı:31     İyun 29, 2008 18:27 tarixində, ruslanbey tərəfindən, Sevgi bölməsində yazılib.   Şərhlər(0)
Mən sənə nə etdim sən məni atdın?
De görüm sən məni niyə aldatdın?
Nəyə görə mənim ömrümü qatdın?
Axı mən sevirəm səni ay gözəl.

Nəyə görə mənə əzab verirsən?
Bir qərar ver görək kimi sevirsən?
Mənə nə səbəbdən naz eyləyirsən?
Axı mən sevirəm səni ay gözəl.

Sevirəm, sözünü sən demirdinmi?
Bir yerdə olmağı istəmirdinmi?
Məni sevən gözəl sən deyildinmi?
Axı mən sevirəm səni ay gözəl!!!

Bookmark and Share
Baxış sayı:33     İyun 29, 2008 18:23 tarixində, ruslanbey tərəfindən, Стихотворения, Sevgi bölməsində yazılib.   Şərhlər(0)
Səni görməyəndə darıxır qəlbim
Danışa bilmirəm tutulur dilim
Həmişə yolunu gözlərəm gülüm
Yarsız bu yerlərdə necə yaşayım?

Sənsizlikdə səni hər an anmışam
Birlikdə olanda xoşbəxt olmuşam
Sən getdin yenədə tənha qalmışam
Tənha bu yerlərdə necə yaşayım?

Sevirəm sevgilim sən buna inan
Dilim deyə bilməz bu sözü yalan
Sənsiz həyatım bil qara zindan
Zindan həyatında necə yaşayım?

Sənsizlik həsrəti məni boğubdur
Baxanda hər yana qara buluddur
Buludlu həyatıma qəmlər yağıbdır
Qəm yağışı altında necə yaşayım?

Bookmark and Share
Baxış sayı:28     İyun 29, 2008 18:21 tarixində, ruslanbey tərəfindən, Стихотворения bölməsində yazılib.   Şərhlər(0)

Kibir göstərmə, kibrlənmə,özünü başqasından üstün görmə, inad edib haqqı qəbul etməməyə təkəbbürlük (özündən razılıq) deyilir.
Təkəbbür ərəbcə bir kəlimədir və kə-bə-rə kökündən əmələ gəlmişdir. Təkəbbür bu kökdən törəyən “təkəbbərə” felinin məsdəridir. Təkəbbürün ziddi təvozəkarlıqdır.
Quranın müxtəlif ayələrində Uca Allah təkəbbürlü olmağı qınamış, özlərini başqalarından üstün qəbul edib, başqasına xor baxan insanları tənqid etmiş və bu tip davranışların doğru olmadığını bildirmişdir.
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular". (əl-araf 7146)
Bu ayədə ifadə edildiyi kimi, keçmiş peyğəmbərlərin zamanında təkəbbürlə hərəkət edib, Allah yolundan uzaqlaşanlar, ilahi əmirlərdən və peyğəmbərlərin təbliğlərindən məhrum olmuşdular. Bu gündə təkəbbürlə hərəkət edib Peyğəmbər (s.a.s) in yolundan və onun bizə əmanət olaraq buraxdığı Qurandan üz çevirənlər, ilahi hikmətlərdən məhrum olacaqlar. (Seyyid Qutub, fi zilali Quran, Beyrut III,67)
Peyğəmbərlər belə təkəbbürlük edən, özlərini başqasından üstün görən insanların şərrindən Allaha sığınmışdılar.
Musa dedi: "Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!" ( Ğafir 4027)

Yer üzündə lovğalananlara, kibir və qürurla öyünənlərə, axirət günündə belə deyiləcəkdir: İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!" Təkəbbürlülərin yeri necə də pisdir!
(Ğafir 4076)

Peyğəmbər (s.a.s) də təkəbbürlük edən insanlar haqqında söyləmişdir.
Qəlbində xardal toxumu dənəsi boyda belə kibir olan kimsə, Cənnətə girməz, və yenə qəlbində xardal toxumu dənəsi qədər imanı olan insan da Cəhənnəm atəşinə girməz (Əbu Davud Libas 26)
Bu hədisdə iman ilə kibirin əsla bir arada olmayacağı anlaşılır. Təkəbbürün olduğu yerdə iman, imanın olduğu yerdə təkəbbür ola bilməz.

Uca Allah Quranın başqa ayəsində mömin qullarına səslənmiş, heç kimsənin başqa kimsəni xor görməməsini istəmiş və bəlkədə xor gördüyü insanlar onlardan daha üstün ola biləcəklərini xəbər vermişdir.
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
(əl -hucurat 4911)

Təkəbbürlük şeytanın lənətlənməsinə səbəb olan pis bir duyğudur. Kibir və qürurun nəticəsində təkəbbürə qapılaraq, Allahın əmrinə üsyan etmişdi. Quranda bu xüsus Allah tərəfindən belə xəbər verilmişdir:
Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. (əl-bəqərə 234)

Buna görə, təkəbürrlük duyğularına qapılaraq, Allahın əmr və yasaqlarından qaçan, ilahi əmrlərə təslim olmayan insanlar iblisin varisləridir. Onlar haqqı, tövhidi doğrunu itirmiş, batil yanlış, təhlükəli və zərərli olan bir yola sapmışlardır. Nəfsi duyğularına qapılmış arzu və istəklərinin əsiri olmuşlar.
Allah bizi təkəbbürlü olmaqdan qorusun.

Bookmark and Share
Baxış sayı:27     İyun 29, 2008 18:19 tarixində, ruslanbey tərəfindən, Ислам bölməsində yazılib.   Şərhlər(0)

Baxış sayı:29     İyun 29, 2008 18:18 tarixində, ruslanbey tərəfindən, Ислам bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 59    Sonrakı səhifə »